Kerry Fransadadır

John Kerry

ABŞ Dövlət katibi John Kerry Suriya münaqişəsini müzakirə etmək üçün Parisə gedib.

Paris görüşündə Avropa Birliyi, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, İordaniya və Türkiyənin nümayəndələri işrirak etməlidir.

Onlar Qərbin dəstəklədiyi Suriya müxalifət koalisiyasının rəhbəri Riad Hijabla sülh prosesinin bərpasının mümkünlüyünü müzakirə edəcəklər.

Kerry həmçinin Fransanın xarici işlər naziri Jean-Marc Ayrault və Almaniyanın xarici işlər naziriFrank-Walter Steinmeierlə görüşəcək.

Bundan sonra isə Böyük Britaniyaya yollanacaq.

Qeyd edək ki, BMT-nin vasitəçiliyi ilə Cenevrədə keçirilən sülh danışıqları ötən ay dayandırılıb.