Pxenyandan nüvə qətnaməsi

Şimali Koreyada raket sınağı

-

Şimali Koreya hakim partiyasının qurultayı qətnamə qəbul edib. Qətnamə hökuməti “özünümüdafiə nüvə qüvvəsini həm keyfiyyət, həm də kəmiyyət baxımından gücləndirməyi” nəzərdə tutur.

Qurultay son 40 ildə ilk dəfə toplaşıb. Mayın 9-da qəbul edilmiş qərarda ölkənin suverenliyinə başqa nüvə ölkəsi tərəfindən təhdid yaranmayınca nüvə silahından birinci istifadə pislənilir.

Bu qərarlar qurultayın üçüncü günündə qəbul olunub. Qurultay, texniki olaraq, Şimali Koreyanın ali qanunverici orqanı sayılır.

Pxenyan yanvarda dördüncü nüvə sınağı, fevralda isə uzaqmənzilli raket sınağı keçirib. Bundan sonra, martda BMT Şimali Koreyana sanksiyalar qoyub.