Nobel mükafatlı ərəb yazıçının kitabı Bakıda

Kitab

-

Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi Nobel mükafatlı Misir yazıçısı Nəcib Məhfuzun "Bildirçin və payız" kitabını nəşr edib.

Kitabın tərcüməçisi Şahin Ələsgərovdur.

Kitaba “Bildirçin və payız” romanı, “Zülmət gecədən işıqlı sabaha” povesti və yazıçının hekayələri daxil edilib.

Nəcib Məhfuz Nobel mükafatını 1988-ci ildə "Bütün bəşəriyyət üçün məna kəsb edən, incəliklərlə zəngin ərəb hekayələrinə və realizmə görə" almışdı.