Ordubad sakininin intihar etdiyi deyilir

Foto arxiv

-

Bakıda intihar hadisəsinin baş verdiyi bildirilir.

Lent.az-ın xəbərinə görə, hadisə Xətai rayon Məhəmməd Hadi küçəsində qeydə alınıb.

Ordubad rayon sakini Xəyyam Əliyevin özünü 2944 saylı məhəllədə yerləşən, «Twins Art» MMC-yə məxsus 15-mərtəbəli binadan atdığı iddia olunur.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Bu araşdırma ilə hadisənin intihar, qəza, yoxsa qətl olduğu müəyyən edilməlidir.

Son vaxtlar Azərbaycanda intihar hallarının artdığı bildirilir.