Estoniya Rusiya təyyarələri barədə

Arxiv fotosu

-

Rusiya hərbi təyyarələri Estoniyanın hava məkanını mütəmadi pozur. Ölkənin müdafiə naziri mayın 3-də bunu “inanılmaz ehtiyatsız” davranış adlandırıb.

“Daimi olaraq hava məkanımızı pozurlar. Transponderləri söndürüb Baltik dənizi üzərində uçurlar”, Hannes Hanso Parisə səfəri zamanı deyib. Onun sözlərinə görə, hərbi radarlar transponderləri söndürülmüş təyyarəni aşkarlaya bilir, ancaq mülki təyyarə üçün nəzərdə tutulanlar bunu edə bilmir.

“İnanılmaz ehtiyatsızlıqdır və hadisə baş verə bilər. Rusiya təyyarəsi ilə mülki təyyarə arasında toqquşmanı təsəvvür edin. Normal ölkələrdə bu cür şeylər baş vermir. Bu, bizi ancaq provokasiyaya çəkmək, meydan oxumaqdır. Bu qəbuledilməzdir”.

Nazir deyib ki, Baltik ölkələri Rusiyaya aydın mesaj göndərməkdən ötrü iyulda Varşavada NATO sammiti keçirilməsini istəyirlər.