Cüneyt Çakır olimpiya oyunlarında

Foto arxiv

Bu il Rio de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarında futbol hakimləri müəyyənləşib.

FİFA-nın rəsmi saytında gedən məlumata görə, kişilərin yarışında 18 hakim və 32 köməkçisi olacaq.

Türkiyəli FİFA hakimi Cüneyt Çakır da olimpiya oyunlarına dəvət olunub.

Ona həmyerliləri Bahattin Duran və Tarık Ongün köməklik edəcək.

Qeyd edək ki, olimpiya oyunlarının açılış mərasimindən iki gün əvvəl başlanacaq futbol yarışı Braziliyanın 7 şəhərində keçiriləcək.

Final isə "Marakana" stadionunda olacaq.