Vertolyot qəzası araşdırılır

Arxiv fotosu

-

Rusiyanın Kamçatka vilayətində vertolyot qəzasının təhqiqatı başlanıb. Rusiya İstintaq Komitəsi mayın 3-də üç nəfərin ölümüylə nəticələnmiş qəzanın səbəblərini araşdırır.

Rusiya Fövqəladə Hallar Nazirliyi bildirir ki, 4 yerlik, özəl Robinson-44 vertolyotu Kamçatkanın Russkaya Körfəzi yaxınlığında qəza edib.

Nazirlik 3 nəfərin cəsədinin aşkarlandığını deyir.

Təyyarə qəza edəndə hava şəraitinin aydın olduğu bildirilir.