ABŞ-dan Kubaya 1 gəmi turist

Barack Obama

ABŞ-ın səyahət gəmisi son 10 illiklərdə ilk dəfə Kuba sahillərinə yan alıb.

Bu bir daha Vaşinqtonla Havana arasında münasibətlərin istiləşməsindən xəbər verir.

Gəmi mayın 2-də Havana sahilinə yan alanda onu əllərində Kuba bayraqları yüzlərlə adam qarşlayıb.

Göyərtəsində 700-dən sərnişin olan gəmi mayın 1-də Mayamidən çıxıb.

ABŞ-la Kuba 2014-cü ildən münasibətlərin bərpasına başlayıblar.

Obama bu ilin martında son 90 il ərzində Kubaya səfər edən ilk ABŞ prezidenti olub.