Marsa ikinci missiya təxirə salındı

Foto arxiv

Marsa ikinci Avropa-Rusiya missiyası 2018-ci ildən 2020-ci ilə keçirilib.

Bu barədə mayın 2-də Avropanın Kosmik Agentliyi ilə Roskosmos məlumat yayıb.

ExoMars Marsa 2020-ci ilin iyulunda buraxılacaq.

Peyk Qazaxıstanın Baykonur Kosmodromundan buraxılmalıdır.

Buna səbəb kimi hər iki tərəfdən istehsalın ləngiməsi göstərilir.

Bu ilin martında Baykonurdan buraxılan ilk kosmik gəmi Marsa atmosfer zondu çatdırmalıdır.

Bu metan kimi qazların tədqiqatı üçün çox vacibdir.

Bundan əvvəlki missiyalar Marsda bunun mövcudluğunu aşkar edib.

Gəmi Marsa oktyabrda çatmalıdır.