Ronaldo qayıdır

Cristiano Ronaldo

Madridin “Real" klubunun futbolçusu Cristiano Ronaldo artıq ümumi məşqlərə başlayıb.

Klubun yaydığı rəsmi məlumata görə, o, artıq mayın 1-dən məşqlərə qatılıb.

Ronaldonun Çempionlar Liqasının yarımfinalında "Mançester Siti" ilə cavab görüşünə qatılacağı gözlənilir.

"Real" - "Mançester Siti" oyunu mayın 4-ü keçiriləcək.

Qeyd edək ki, bud əzələsindəki problemlərə görə Ronaldo Çempionlar liqasının yarımfinalında İngiltərədə keçirilən ilk görüşü buraxmalı olmuşdu.

Həmin oyunda hesab açılmayıb.