Kerry Suriya ilə bağlı nikbin danışır

John Kerry və Adel al-Jubeir

ABŞ Dövlət katibi John Kerry Rusiya ilə beynəlxalq koalisiya tərəfdaşlarının anlaşmaya yaxın olduğunu deyib.

Söhbət Hələb də daxil olmaqla Suriyada atəşkəsin bərpasından gedir.

Kerry bunu mayın 2-də Cenevrədə Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel al Jubeirlə görüşdən əvvəl deyib, amma qeyd edib ki, hələ bu yöndə iş görmək lazımdır.

Jubeir Hələbdə döyüşlərin qızışmasını pisləyib və bunun bütün humanitar normalara zidd olduğunu deyib.

O Suriya prezidenti Bashar Assadı istefa verməyə çağırıb.

Nazir ötən həftə yüzlərlə adamın ölümü ilə nəticələnən hava zərbələrini ittiham edib.

Kremlsə bu arada bəyan edib ki, xarici işlər naziri Sergei Lavrov mayın 3-də Moskvada BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan de Mistura ilə görüşəcək.