-
Mayın 1-də Menhettendə tarixi Serbiya Pravoslav kilsəsində yanğın baş verib. Yanğından cəmi bir neçə saat əvvəl dindarlar Pasxa bayramını qeyd ediblər.
Yanğın mayın 1-də, Nyu York vaxtıyla axşam 7-də başlayıb. 160 illik qotik üslublu kilsənin tavanı tamamilə dağılıb. Mayın 2-də səhər yanğınsöndürənlər hələ də iş başında olub.
Kilsəyə baxanın oğulluğu Alex Velic deyib ki, yanğın kilsənin tavanından başlananda, “adamlar dəli olublar”, şok keçiriblər.
Serbiya Pravoslav Kilsəsi bu binanı 1943-cü ildə alıb və kilsə 1968-ci ildə şəhərin tarixi yeri elan olunub.
Nyu York şəhər rəsmiləri yanğını ictimaiyyət üçün böyük itki adlandırıb, araşdırma başlanıb.