Türkiyədə partlayış

Bursada partlayış. İllüstrativ foto

Türkiyənin cənub-şərqindəki Qaziantep bölgəsində partlayış olub.

Partlayış polis bölməsinin qarşısında törədilib.

Partlayış nəticəsində bir nəfər polis həlak olub. 13 nəfər yaralı xəstəxanalara çatdırılıb. Yaralılardan 9-u polis, qalanları mülki şəxslərdir.

Hadisə yerinə çoxlu sayda təcili yardım və yanğınsöndürən maşınlar cəlb olunub.