Talış kəndi ətrafında iki erməni hərbçisi ölüb

Qarabağda erməni əsgərlər.

-

Aprelin 30-na keçən gecə cəbhədəki təmas xəttində baş verən atışma nəticəsində separatçı Dağlıq Qarabağın silahlı bölmələrinin iki hərbçisi ölüb.

Onlar 1997-ci il təvəllüdlü Garik Movsisyan və 1968-ci il təvəllüdlü Vazgen Harutyunyan-dır. Onlar Talış kəndi ətrafında gedən atışmada ölüb.

Xəbəri Dağlıq Qarabağ separatçılarının «Müdafiə Nazirliyi» yayıb.