Məsut Özil "Arsenal" da qalacaq

Mesut Ozil

İngilətərənin "Arsenal" klubunun yarımmüdafiəçisi Məsut Özil karyerasını bu klubda başa vuracağını bildirib.

Xarici idman portallarının məlumatına görə, o, Bundesliqa və ya Türkiyəyə getmək fikrində olmadığını deyib.

Özil hələlik "Arsenal"la 2 illik müqaviləsi olduğunu və müqaviləni təzələməyə tələsmədiyini bildirib.

Qeyd edək ki, əslən türk olan Məsud Özil 2013-cü ildən "Arsenal"ın şərəfini qoruyur.

Bundan əvvəl onun mövsümün sonunda komandadan ayrılacağı iddia olunurdu.