Norveçdə baş verən vertolyot qəzasında 11 nəfərin cəsədi tapılıb.
Qəza aprelin 29-da ölkənin qərb sahilində, Berqin şəhərinin yaxınlığında baş verib.
Yerli NRK televiziyasının məlumatına görə, vertolyotda 2 heyət üzvü və 11 neftçi olub.
Onlar Şimal dənizindəki “Statoil” şirkətinə məxsus “Gullfaks” neft platformasının işçiləri imiş.
Vertolyot platformadan qayıdırmış.