İranda seçkinin 2-ci raundudur

Seçki başlanır

-

Aprelin 29-da İranda parlament seçkisinin ikinci raundu keçirilir. Hazırda parlamentdə heç bir partiya üstünlüyə malik deyil və bu seçki həlledici sayılır.

17 milyona yaxın seçici səs verə bilər. İlkin nəticələr bu axşam bilinəcək.

Səsvermə Məclisin 290 yerindən 68-i üzrə keçirilir.

Prezident Hassan Rohani-nin mötədil və mərkəzçi müttəfiqləri fevralın 26-da keçirilmiş birinci raundda önə çıxsa da, çoxluğu əldə edə bilməyib.

Rohani ikinci raundda da uğur qazanacağına ümid edir.