Qusarlı qadının özünü asdığı deyilir

İp (arxiv fotosu)

Aprelin 28-də Qusarın Düztahir kəndində intihar olayının baş verdiyi bildirilir.

ANS PRESS-in xəbərinə görə, 30 yaşlı Sədayə Mehdiyevanın evdə asılmış meyiti aşkarlanıb.

6 və 7 yaşında iki qız övladı olan qadının həyat yoldaşından boşandığı deyilir.

Olayı Qusar prokurorluğu araşdırır.

Son vaxtlar Azərbaycanda intihar hallarının artdığı bildirilir.