Serbiya millisinin baş məşqçisi Radovan Çurçiç istefa verib.
Serbiya Futbol Federasiyasının məlumatına görə, onunla müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.
Çurçiç Serbiya millisini 2014-cü ilin noyabrından çalışdırırdı.
Komanda onun rəhbərliyi dövründə "Avro-2016"nın seçmə mərhələsində qrupda 4-cü olduğundan çempionata vəsiqə qazana bilməyib.