Hərbi Dəniz Qüvvələrində təlim

Arxiv fotosu

-

Aprelin 25-dən 27-dək Hərbi Dəniz Qüvvələrində komanda-qərargah təlimi keçirilib.

Müdafiə nazirliyi bildirir ki, təlimdə Xəzər dənizinin əməliyyat zonasında enerji infrastrukturunun mühafizəsi üzrə birgə fəaliyyətlərinin planlaşdırılması nəzərdən keçirilib.

Habelə, terrorçu-diversiya qruplarına qarşı birgə mübarizənin aparılması və Döyüş Gəmiləri Dəstəsinin zərbə qruplarının fəaliyyəti öyrənilib.

Kanalımıza abunə olun