Forum başa çatdı

BMT Sivilizasiya Alyansının 7-ci Qlobal Forumu, 25-27 aprel.2016

Bakıda keçirilən BMT Sivilizasiya Alyansının 7-ci Qlobal Forumu başa çatdırıb. Aprelin 27-də tədbirin qapanış mərasimi keçirilib.

APA-nın xəbərinə görə, mərasimdə çıxış edən alyansın ali nümayəndəsi Nasir Əbdüləziz əl Naser bildirib ki, forum işini uğurla yekunlaşdırıb:

«Azərbaycan hökuməti ilə apardığım əməkdaşlıqdan qürur duyuram. Gözəl təşkilatçılığa görə hamınıza, alyansın həmtəsisçiləri İspaniya və Türkiyəyə təşəkkür edirəm»

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev isə BMT Sivilizasiya Alyansının forumunun Bakıda keçirilməsinə görə təşəkkürünü bildirib.

«Bu qərar Azərbaycanda tolerantlıq, birgə yaşam dəyərlərinə olan münasibətin təzahürü idi. Artıq bilirik ki, tək deyilik, beynəlxalq ictimaiyyət bizim gördüyümüz işlərə yardımçıdır» - deyən nazir xatırladıb ki, forumda 147 ölkədən 1500 nəfər iştirak edib. Ümumi qeydiyyatdan keçənlərin sayı isa 4300-dən çox olub.

BMT Sivilizasiya Alyansının 7-ci Qlobal Forumu aprelin 25-də başlamışdı.