Yaxın vaxtlarda Ermənistanda yeni istefalar ola bilər.
Bunu aprelin 26-da AzadlıqRadiosunun erməni xidmətinə Ermənistan parlamentindəki müdafiə, milli təhlukəsizlik və daxili işlər məsələləri üzrə komitənin sədri Koryun Naapetyan deyib.
Ermənistan prezidenti Serzh Sargisyan aprelin 26-da fərman verərək müdafiə nazirinin müavini Alik Mirabekyan, baş qərargah kəşfiyyat idarəsinin rəisi Arshak Karapetyan və rabitə qoşunlarının rəisi Komitas Muradyanı istefaya göndərib.