Rusiyada tonlarla Polşa alması məhv edilib

Foto arxiv

Rusiyanın Smolensk vilayətindəki sərhəd məntəqəsində Polşadan gətirilən 100 tona yaxın alma və armud müsadirə edilib.

İnterfaksın məlumatına görə, yüklərin hamısı xüsusi poliqonda məhv edilib.

Müfəttişlərin sözlərinə görə gömrükçülər apreldə azı 12 partiya belə mal müsadirə edib.

Söhbət 189 ton alma, armud və çin kələmindən gedir.

Yüklərin hamısı pivə, tikinti materialları və mineral su adı altında Polşadan gətirilirmiş.

Qeyd edək ki, Rusiya Ukrayna münaqişəsinə görə Qərbin sanksiyalarına cavab olaraq bir sıra Avropa Birliyi ölkələrindən meyvə-tərəvəz idxalına embarqo qoyub.