"Barselona" Suarezlə müqaviləni uzadır

Luis Suarez

"Barselona" Luis Suarezlə müqaviləni uzadır.

İspaniya mətbuatının yazdığına görə, klub daha yaxşı şərtlərlə Suarezə yeni müqavilə təklif etmək istəyir.

Qeyd edək ki, onunla hazırkı müqavilənin müddəti 2019-cu ildə başa çatır.

Luis Suarez bu mövsüm La Liqada keçirdiyi 32 oyunda 34 qol vurub və 15 məshuldar ötürmə verib.

Avropa Çempionlar Liqasında oynadığı 9 oyunda isə 8 qol vurub və 3 qolun ötürməsini verib.