«SOCAR Turkey Energy»nin rəhbəri dəyişdi

ARDNŞ-nin loqosu

SOCAR-ın törəməsi olan «SOCAR Turkey Energy» şirkətinin rəhbəri dəyişib. Şirkətin İdarə Heyətinin aprelin 25-də keçirilən toplantısında Zaur Qəhrəmanov «SOCAR Turkey Energy»nin baş direktoru təyin edilib.

Z.Qəhrəmanovun 8 ildən artıq SOCAR-da önəmli vəzifələr icra etdiyi bildirilir. O, əsasən, beynəlxalq rəqabətliyin artırılması, şirkətin beynəlxalq mövqeyinin güclənməsi və dərinləşməsi sahəsində çalışıb.

Z.Qəhrəmanov yeni postunda Kenan Yavuzu əvəz edib. K.Yavuzun vəzifəsindən istefa etdiyi bildirilir.