Cruzla Kasich Trumpa qarşı birləşir

Ted Cruz, John Kasich və Donald Trump

Respublikaçılar partiyasından ABŞ prezidentliyinə iddiaçılar senator Ted Kruzla Ohayo ştatının qubernatoru Con Kasiç Donald Trampın partiyadan namizədliyinin verilməsinə mane olmaq üçün səylərini birləşdirmək qərarına gəliblər.

Onlar Donald Trampa maksimum rəqabət göstərmək üçün bir sıra ştatlarda gücü bir-biriylə mübarizəyə yönəltməmək razılığına gəliblər.

Bu barədə aprelin 24-də onların seçki qərargahları məlumat verib.

Ted Kruzun nümayəndəsi Ceff Ro deyib ki, onun seçki qərargahı növbəti praymerizlərdə Oreqona və Nyu-Meksika ştatlarında Kasiçə yol açmaq üçün əsas diqqəti İndiana ştatına yönəldəcək.

Həmçinin Kasiçin seçki qərargahı eyni bəyanatla çıxış edib.

Trampın namizədliyini istəməyən bir sıra respublikaçı bir neçə həftə idi ki, bu cür taktikaya çağırırdılar.

Donald Tramp isə bu sövdələşməni peşimançılıq adlandırıb.

İndiana ştatında ilkin seçki mayın 3-də, Oreqonada mayın 17-də, Nyu-Meksikada isə iyunun 7 də keçiriləcək.

Respublikaçılar partiyası prezidentliyə yekun namizədi iyulun 18-21-i arası Klivlenddə keçiriləcək qurultayda elan etməlidir.

ABŞ-da prezident seçkisi noyabrın 8-də keçiriləcək.