"İnsan fonoqrafı" hekayəsi qalib oldu

Jonathan Tel

-

30 000 funt sterlinlik "Sunday Times" Hekayə Mükafatını "gözəl müşahidələrinə görə" "The Human Phonograph" adlı hekayə qazanıb. Hekayənin özünü burada oxu.

Hekayə 1960-70-ci illərdə Çinin xəyali Qinqay əyalətində 221 nömrəli fabrikdə - atom-sənaye obyektində baş verir. Hekayənin qəhrəmanları bir-birini yeddi ildir görməyən ərlə arvaddır.

Müsabiqənin münsifi yazıçı Rose Tremain deyib: "Mükafatı bu hekayəyə vermək qərarına bütün münsiflər anonim şəkildə gəliblər. Hamımız Jonathan Tel'in yazıçı kimi parlaq gələcəyini görürük".

Hekayə 800-dən artıq rəqibi arasında seçilib.

J.Tel’in bundan əvvəl bir sıra kitabları çıxıb. Bu hekayəsi isə əvvəllər "Commonwealth" mükafatını qazanmışdı.

"Sunday Times" - tək hekayəyə verilən yüksək qiymətə görə, ingilis dilində ən böyük və zəngin mükafatdır. Müsabiqəyə əvvəllər Britaniyada hər hansı yazısı çıxmış, amma dünyanın istənilən yerində yaşayan yazıçılar hekayə göndərə bilərlər.