Britaniya mətbuatı: Prezidentə məktubundan sonra vəziyyət daha da pisləşib

Əkrəm Əylisli

-

Britaniyanın "Index on Censorship" jurnalının səhifəsi yenə Əkrəm Əylislidən yazır. Məsələnin tarixçəsini bir daha xatırladan jurnal bəyan edib:

"Azərbaycan yazıçısı Ə.Əylisliyə qarşı xuliqanlıq ittihamına hakimiyyət nümayəndəsinə zor tətbiq etmək maddəsi də əlavə edilib.

Bu, Ə.Əylisli Azərbaycan prezidenti İlham Əliyevə açıq məktub göndərəndən sonra olub... Yazıçı öz açıq məktubunda prezidentdən müdaxilə etməsini və ona qarşı qaldırılmış cinayət işini aradan qaldırmasını xahiş etmişdi."

Jurnal yazır ki, Ə.Əylisli yeni ittihamları nəzərdə tutaraq deyib:

"Həmin məktubdan sonra, mənim gözləntilərimin əksinə olaraq, vəziyyət kəskin pisləşdi. Mətbuatda mənə qarşı yeni böhtan, yamanlama kampaniyası başlandı."