V.B.Odər. Səni niyə belə sevdim?!

İllüstrasiya

-

Vaqif Bayatlı Odər

Səni niyə belə sevdim?!

Səni niyə belə sevdim,
belə istədim niyə,
canımdakı min tikana,
bir gülə istədim niyə?!

Eşqdə gizlətdim bu canı,
görəmmiyən varmı hanı,
həm gizlətdim, həm də hamı
bilə istədim niyə?!

Min illər içində Allahdan,
Gecə-gündüz, hər an, hər an
səni özümə həm sultan,
həm də həm də,
kölə istədim niyə?!