MN: Ermənilərin hərbi maşını minaya düşüb

ZIL 131 illüstrasiya

-

Aprelin 21-də səhər Qarabağ cəbhəsinin şimal hissəsində Ermənistana məxsus “Zil” 131 markalı hərbi yük maşını minaya düşdüyü bildirilir.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, həmin hadisə nəticəsində həlak olanlar və yaralananlar var.

Mətbuat xidməti həmçinin, Talış kəndində azərbaycanlı əsgərlərin Ermənistan hərbçisi Marat Danielyanı öldürmələri barədə məlumatı təkzib edib.

Aprelin 2-dən 5-nə kimi cəbhədə intensiv hərbi əməliyyatlar keçirilib. Hər iki tərəfdən həm canlı, həm də texnika sarıdan itkilərin olduğu bildirilir.

Aprelin 5-i saat 12:00-dan hərbi əməliyyatların dayandırılması barədə razılıq əldə edilsə də, tərəflər, hələ də, bir-birini atəşkəsi pozmaqda günahlandırır.