Savchenko-nun repatriasiyasından danışırlar

Nadia Savchenko

-

Kiyev ukraynalı pilot Nadia Savchenko-nun repatriasiyası üçün tələb olunan sənədləri istəyib. Bunu Rusiyanın Ədliyyə Nazirliyi bildirir.

Rusiya xəbər agentliklərinin aprelin 20-də yazdığına görə, Savchenko-nun 22 illik cəzasını Ukraynada çəkməsindən ötrü mümkün transferin sənədləşmə işləri aparıla bilər. Ukrayna Ədliyyə Nazirliyi bu barədə müraciət edib.

Rusiya nazirliyi isə bildirib ki, məsələyə məhkəmədə baxılacaq.

Savchenko-nun Rusiyada ağır cəzaya məhkum edilməsi beynəlxalq tənqidlərə səbəb olub. O, iki rusiyalı jurnalistin ölümünə yardımçı olmaqda, onların yerini deməkdə təqsirli bilinib.

34 yaşlı Savchenko isə Ukraynanın şərqində saxlandığını, qanunsuz olaraq Rusiyaya aparıldığını bildrir.