Rusiyada seçkilər ertələndi

Ella Pamfilova

-

Rusiya Seçki Komissiyasının rəhbəri Moskva yaxınlığında bir kənddə seçkini təxirə salıb. Ella Pamfilova aprelin 20-də çıxardığı qərarla əslində seçkidə saxtakarlıq iddialarına reaksiya vermiş olub, ancaq özü buna birbaşa “saxtakarlıq” deməyib. O, Barvixa kəndində erkən səsverməylə bağlı narazılıqların olduğunu baş verdiyini söyləyib.

Seçki aprelin 24-nə planlaşdırılırdı.

Bir gün öncə korrupsiyaya qarşı çıxan fəal Aleksei Navalny-nin dörd müttəfiqi namizədliklərini geri götürüblər, erkən səsvermədə saxtakarlıqların olduğunu deyiblər. Namizədlər yüzlərlə insanın avtobuslara doldurulub kəndə səsverməyə aparıldığını söyləyiblər, bütün bunları sənədləşdiriblər. Dediklərinə görə, bu səs verənlər seçkiyə gələcək seçici sayının 30 faizinə bərabər ola bilər.

Navalny seçki komissiyasının qərarını alqışlayıb, bunu müttəfiqlərinin boykotunun nəticəsi