II Dünya Müharibəsi iştirakçılarına yardım

Prezident Ilham Əliyev müharibə veteranları ilə, 2015

-

İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş yaxud sonra vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım ediləcək.

Prezident İlham Əliyev aprelin 20-də bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən müharibə iştirakçılarına birdəfəlik min manat pul ödəniləcək. Digər sözü gedən kateqoriyaya aid şəxslərə isə 500 manat məbləğində yardım veriləcək. Bunun üçün prezidentin ehtiyat fondundan 9 milyon manat ayrılıb.

Sərəncamın icrası ilə bağlı maliyyə, əmək və əhalinin sosial müdafiəsi nazirliklərinə tapşırılar verilib.

2015-ci ilin statistikasına görə, Azərbaycanda təqribən 600-ə qədər ikinci dünya müharibəsinin iştirakçısı var.