Breivik məhkəmədə uddu

Anders Behring Breivik

Norveç məhkəməsi kütləvi qətl törədən Anders Breivikin həbsxanada hüquqlarının pozulması barədə qəra çıxarıb.

Oslo məhkəməsi martın 20-də onun həbsxanada saxlanma şəraitinin Avropa insan haqları konvensiyasına zidd olması barədə qərar verib.

Amma məhkəmə hökumətin onun ailə və şəxsi həyatına hörmət hüququnu pozması barədə iddianı rədd edib.

Breivik 2011-ci ildə Oslo və Utoya adasında dincələn 77 nəfəri qətlə yetirib, ki,onların çoxu müsəlmanlar idi.

37 yaşlı Breivik-ə 21 illik cəza kəsilib.

O, hökumət və həbsxana rəsmilərini məhbəsdə ona qoyulan məhdudiyyətlərə görə məhkəməyə verib.

Breivik həbsxanada üzərində axtarış aparıldığını, poçtunun yoxlandığını və onunla qeyri-insani davranıldığını iddia adirdi.

Hökumətsə sərt tədbirlərin onunhələ də cəmiyyət üçün təhlükəli olması ilə izah edir.