-
ATƏT-in Minsk Qrupunun həmsədrləri aprelin 20-də Berlində Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətlə bağlı hesabat təqdim edəcəklər. “APA” informasiya agentliyi bu xəbəri amerikalı həmsədr James Warlick-in “Twitter” səhifəsində paylaşdığını bildirir.
“Aprelin 20-də Minsk Qrupunun həmsədrləri ATƏT-in Berlin ofisində Dağlıq Qarabağ münaqişəsi zonasında hazırkı vəziyyət və davam edən hərbi fəaliyyət barədə hesabat təqdim edəcəklər”, - deyə Warlick qeyd edib.
O, bildirib ki, Dağlıq Qarabağ münaqişəsi məsələsi hazırda ATƏT-ə sədrlik edən Almaniya ilə keçiriləcək danışıqlarda müzakirə olunacaq.
1992-ci ildən Qarabağ problemi ATƏT-in Minsk Qrupunun patronajlığı altındadır.