Ucar sakininin intihar etdiyi bildirilir

-

APA-nın xəbərinə görə, aprelin 19-da axşam saatlarında Ucar rayonunun Lək kəndində intihar hadisəsi baş verib. Kənd sakini 56 yaşlı İldırım Baba oğlu Rəhimovun meyitini yaxınları yaşadığı evin həyətindəki ağacdan asılı vəziyyətdə tapıblar.

Hadisənin dəqiq hansı səbəbdən və hansı şəraitdə baş verməsi Ucar rayon Prokurorluğunun araşdırmasından sonra məlum olmalıdır.

Son vaxtlar Azərbaycanda intihar hallarının çoxaldığı bildirilir. Mətbuatın araşdırmalarına görə, insanlar daha çox maddi sıxıntılar üzündən canlarına qıyırlar.