Silahlanmaya külli miqdarda pul ayrılacaq?

-

“Ali Baş Komandanın xüsusi tapşırığına əsasən silah-sursatın, döyüş texnikasının yenilənməsi, müasir silah və texnikanın alınması üçün külli miqdarda maliyyə vəsaiti ayrılacaq”.

APA-nın xəbərinə görə, Ermənistan tərəfinin müasir silahların alınması məqsədilə 6,5 milyon dollar vəsaitinin toplanılması barədə xəbərlərini şərh edərkən Müdafiə Nazirliyinin mətbuat xidmətindən bunlar bildirib.

Nazirlik bəyan edir ki, cəbhədəki son hadisələrdən sonra Ermənistan tərəfinin fəallaşması ancaq təbliğat xarakteri daşıyır.

“Ermənilərin əksinə olaraq, Azərbaycanın iqtisadi potensialı Silahlı Qüvvələrimizi müasir dövrün tələblərinə uyğun təchiz etməyə imkan verir” - deyə nazirliyin məlumatında bildirilir.