Azərbaycan millisinin məşqçisi istefa verdi

Foto arxiv

Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Faustino Perez istefa verib.

AFFA-nın məlumatına görə, o ailə vəziyyəti ilə bağlı rəhbərlikdən qarşılıqlı razılıq əsasında müqavilənin yenilənməməsini xahiş edib.

AFFA rəhbərliyi Perezə gördüyü işlər və yığmaya qazandırdığı uğurlara görə təşəkkür bildirib, gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

Qeyd edək ki, Azərbaycanın futzal millisi Perezin rəhbərliyi altında Kolumbiyada keçiriləcək dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb.