Rusiyanın xarici işlər naziri Sergei Lavrov aprelin 21-22-də Yerevanda rəsmi səfərdə olacaq.
O Yerevana ermənistanlı həmkarı Edvard Nalbandianın dəvətilə gedir.
Ermənistan xarici işlər nazirliyinin məlumatına görə Lavrov səfər zamanı prezident Serzh Sargisian və həmkarı Nalbandianla görüşəcək.
Aprelin 22-də xarici işlər nazirliyində görüşdən sonra mətbuata açıqlama veriləcək.
Qeyd edək ki, Lavrovun həftə sonu Azərbaycana da səfəri nəzərdə tutulur.