-
Parlament "Telekommunikasiya haqqında" qanuna dəyişiklik edəcək. Dəyişikliklər uşaqların sağlamlığına, inkişafına ziyan vuran informasiyalardan qorunmaq məqsədilə telekommunikasiya operatorları və internet provayderlərinin məsuliyyətinin artırılması ilə bağlıdır.
Trend-in xəbərinə görə, qanuna təklif edilən dəyişikliyə əsasən, operatorlar və provayderlər abunəçinin müraciəti əsasında internet informasiya ehtiyatlarından təhlükəsiz istifadə imkanlarını təmin etməlidir.
Dəyişiklik layihəsi parlamentin aprelin 26-da keçiriləcək plenar iclasında müzakirə ediləcək.
"Telekommunikasiya haqqında" qanun 2005-ci ildə qəbul edilib.