“Barselona” klubunun rəhbərliyi son uğursuz çıxışlarına baxmayara, baş məşqçi Luis Enrike ( Luis Enrique) ilə işi davam etdirmək fikrindədir.
Yerli mətbuatın yazdığına görə, bunu adının çəkilməsini istəməyən klub rəsmilərindən biri deyib.
O bildirib ki, “Luis Enrike idman direktoru Robert Fernandeslə birlikdə növbəti mövsüm üçün heyəti müəyyənləşdirirlər.
Qeyd edək ki, “Barselona” La Liqada keçirilən son 3 oyunda məğlub olub.
Bundan başqa, komanda Avropa Çempionlar Liqasında mübarizəni 1/4 finalda dayandırmalı olub.