İnsan alveri 22 faiz çoxalıb

İllüstrasiya

-

Azərbaycanda insan alveri və məcburi əmək halları artır. İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinartorun illik hesabatına görə, artım 22 faizdən çoxdur.

APA-nın xəbərinə görə, hesabatda qeyd edilib ki, 2015-ci ildə 108 insan alveri, 8 məcburi əmək və11 sənədlərlə qanunsuz hərəkətlərə dair fakt aşkarlanıb. Bu əməllərə görə 38 nəfər - 33 qadın, 5 kişi cinayət məsuliyyətinə cəlb edilib. İnsan alveri ilə məşğul olan 13 cinayətkar qrupzərərsizləşdirilib.

Hesabata görə, müəyyən edilən 63 insan alveri qurbanlarının 57-si qadın, 6-sı isə kişi olub. Onlardan 38-i Türkiyəyə, 8-i Birləşmiş Ərəb Əmirliklərinə, 3-ü Rusiyaya aparılıb. 14 nəfər isə, o cümlədən 7 əcnəbi ölkə daxilində istismara məruz qalıb.

Qurbanlardan 51-nin sığınacağa yerləşdirildiyi bildirilir.

Hesabtda həmçinin qeyd edilir ki, 31 qurban ailəsinə qayıdıb, 51 qurban qeyri-hökumət təşkilatlarına istiqamətləndirilib. 56 qurbana hüquqi və psixoloji yardım, habelə 16-na tibbi xidmət göstərilib. Qurbanların himayəsində olan 29 azyaşlı uşaq müxtəlif təhsil proqramlarına cəlbolunublar.

Ancaq bəzi ekspertlər hesab edirlər ki, insan alveri ilə bağlı cinayətlərin yalnız kiçik bir hissəsi qeydiyyata düşür.