-
SOCAR bu ilin yanvar-mart aylarında 1 milyon 898 min ton neft hasil edib. Bu ötən ilin anoloji dövrü ilə müqayisədə 8,3 faiz azdır.
SOCAR 2014-cü ilin ilk 3 ayında isə 2 milyon 70 min ton neft hasil etmişdi. 2013-cü ilin 1-ci rübü ilə müqayisədə isə azalma 10 faizə çatırdı.
Bu ilin yanvar-mart aylarında Azərbaycanda ümumilikdə 10 milyon 507 min ton neft çıxarılıb. Ötən ilin anoloji dövründə isə bu göstərici 10 milyon 680 min ton olmuşdu.