Medvedev:"Tələsik islahat lazım deyil"

Dmitry Medvedev

Rusiyanın baş naziri Dimitry Medvedev hesab edir ki, hökumət tez struktur islahatlar aparılmasında tələsməməlidir.

O hesab edir ki. bu ölkə iqtisadiyyatı və əhaliyə ziyan vura bilər.

Baş nazir aprelin 19-da Dumada çıxış edərkən deyib ki, biz insanların hesabına islahat aparmayacağıq. Çünki əhali və ölkə iqtisadiyyatı yalnız müəyyən tezlik və həddə olan islahatlara dözə bilər.

Medvedev həmçinin qeyd edib ki, hökumət büdcə kəsirini aradan qaldırmaq üçün pul çap etmək fikrində deyil və dövlət büdcəsində dəyişiklik gözlənilmir.

Qeyd edək ki, Qərbin Ukraynaya qarşı tətbiq etdiyi sanksiyalar və dünya bazarında neftin kəskin ucuzlaşması Rusiya iqtisadiyyatına ciddi ziyan vurur.