Kabildə xeyli ölü, yaralı var

Kabil, 19 aprel

-

Əfqanıstan Prezidenti Ashraf Ghani deyir ki, paytaxt Kabilin mərkəzində Talibanın təşkil etdiyi hücumda xeyli sayda ölən və yaralanan var.

Ghani-nin aprelin 19-da yaydığı bəyanatda bildirilir ki, “terror hücumu” Puli Mahmood Khan məhəlləsində baş verib.

Daxili İşlər Nazirliyinin sözçüsü intiharçının bir maşını partlatdığını bildirib. Bu partlayışdan sonra Müdafiə Nazirliyi yaxınlığında atışma başlayıb.

Kabildə bir xəstəxanaya 18 yaralı gətirilib, bəzi məlumatlara görə, əsgərlər də yaralanıb.

Adı açıqlanmayan bir rəsmi azı 15 təhlükəsizlik əməkdaşının həlak olduğunu bildirib.

Taliban hücuma görə məsuliyyəti üzərinə götürüb. Bir həftə öncə yaraqlı qruplaşma bahar hücumuna başladığını elan etmişdi.