-
Ukrayna məhkəməsi iki rusiyalını 14 illik həbs cəzasına məhkum edib. Onlar Ukraynanın şərqində separatçılarla birgə savaşmaqda ittiham olunublar.
Aleksandr Aleksandrov və Yevgeny Yerofeyev-ə cəza aprelin 18-də kəsilib. Kremlin məlumatına görə, bundan dərhal sonra Ukrayna və Rusiya prezidentləri telefonla iki rusiyalının və ukraynalı pilot Nadia Savchenko-nun taleyini müzakirə ediblər. Pilota Rusiyada 22 illik cəza kəsilib.
Bəzi müşahidəçilərin fikrincə, rusiyalıların məhkum edilməsi məhbus mübadiləsinə yol aça bilər. Poroshenko daha öncə Savchenko-nun həmin rusiyalılara dəyişdirilməsi təklifilə çıxış etmişdi.