Ekvadorda ölənlərin sayı 272 oldu

Ekvador, 17 aprel

-

Ekvador hökuməti bildirir ki, 7.8 bal gücündə zəlzələdə azı 272 nəfər ölüb. Minlərlə xəsarət alan var.

Zəlzələ aprelin 16-da baş verib.

Hökumət ölü sayının artacağını bildirir, çünki dağılmış binalar altında çox adam qalıb.

Paytaxt Quitoda zəlzələ titrəyişləri güclü olub. Elektrik, mobil rabitə sıradan çıxıb.

Ölkədə sonuncu belə güclü zəlzələ 1979-cu ildə baş verib. O zaman 600 nəfər həlak olub, 20 min nəfər yaralanıb.