İstanbul toplantısında Azərbaycana dəstək

Ilham Aliyev və Recep Tayyip Erdogan

İslam Konfransı Təşkilatının İstanbulda keçirilən zirvə toplantısında yekun bəyanat qəbul edilib.

Bəyanatda Dağlıq Qarabağ münaqişəsində Azərbaycana dəstək bildirilir.

Türkiyə prezidenti Racep Tayyip Erdogan aprelin 15-də toplantıda çıxış edərkən deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı BMT-nin 4 qətnaməsinə baxmayaraq, bu sənədlərə məhəl qoyulmur, Azərbaycan torpaqları uzun müddətdir ki, işğal altındadır.

Erdogan qeyd edib ki, münaqişənin həlliylə ABŞ, Fransa və Rusiyanın həmsədrlik etdikləri ATƏT-in Minsk qrupu məşğuldur. Amma Minsk qrupu bu problemi hələ də həll edə bilməyib və o bunu başa düşə bilmir.

Yekun sənəddə islam ölkələrinin bu gün üzləşdikləri bütün problemlərə vahid mövqe bildirilir.