Yaponiyada zəlzələ- [Fotolar]
Maşiki şəhərində evi uçub-dağılan qadın...
Xilasetmə işlərinə 3 minəcən hərbçi, polis, yanğınsöndürən cəlb edilib.
Zəlzələdən sonrakı ilk saatlarda 1000-dən çox insan tibbi yardım üçün müraciət edib. 860 nəfər xəsarət alıb. Onlardan 50-sinin xəsarəti ciddidir.
Xəsarət alanlar üçün xüsusi evakuasiya mərkəzləri yaradılıb.
Meteoroloqlar qarşıdakı günlərdə yeni təkanların olacağını istisna etmirlər.
Yapon seysmoloqları narahatdırlar ki, təkanlar Aso vulkanının püskürməsi ilə nəticələnə bilər. Aso ölkənin ən böyük aktiv vulkanlarındandır.
750 minəcən insan "güclü təkan" hiss edib.
Yeraltı təkana görə bəzi yerlərdə qatarların hərəkəti dayandırılıb.
Hökumət iki atom elektrik stansiyasının da işini müvəqqəti dayandırıb.
Yaxşı xəbər odur ki, zəlzələnin episentri okeanın altında olmayıb, yerin altında olub. Buna görə sunami təhlükəsi olmayıb.