Pakistanda 24 nəfər girov götürülüb

Foto arxiv

Pakistanın Pəncab əyalətində keçirilən 9 günlük əməliyyat zamanı 6 polis həlak olub, 24 nəfərsə girov götürülüb.

Bu barədə aprelin 14-də Pakistan polisi məlumat yayıb.

Girov götürülənlərdən bir neçəsinin təhlükəsizlik xidmətinin əməkdaşları olduğu bildirilir.

Yaraqlı qrupa qarşı əməliyyat davam etdirilir.

Polis qrupun 4 əsas üzvünün öldürüldüyünü bildirir.

Pakistan polisi ayın əvvəllərindən Pəncab əyalətindəki cinayətkar qrupa qarşı hərbi əməliyatlar keçirir.